Dünya

Ukraynada öldürülən rus hərbçilərin sayı 70 mini keçib

Ukraynada öldürülən rus hərbçilərin sayı 70 mini keçibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Silahlı Qüvvələri son sutka ərzində 550 rus hərbçisini zərərsizləşdirib. Bununla da, fevralın 24-dən oktyabrın 29-dək zərərsizləşdirilmiş rusiyalı hərbçilərin sayı 70 250-yə çatıb.

7Times.az  xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Facebook” səhifəsində məlumat yayıb.

Oktyabrın 29-na olan məlumata görə, Rusiyanın digər itkiləri aşağıdakı kimidir:

2659 (+19) tank;

5401 (+23) zirehli döyüş maşını;

1708 (+9) artilleriya sistemi;

380 (+1) reaktiv yaylım atəş sistemi;

195 (+3) zenit-raket kompleksi;

 273 (+1) təyyarə;

 252 (+1) helikopter;

1406 (+5) əməliyyat-taktiki pilotsuz uçuş aparatı;

 351 (+0) qanadlı raket;

 16 (+0) gəmi/qayıq;

 4107 (+19) bölmələrin avtomobilləri və tankerləri;

 152 (+1) düşmənin xüsusi texnikası.