Aktual

Ukraynanın VİP qaçqınları Fransa sahillərində dəbdəbəli həyat yaşayır – “Ukrainskaya pravda”

Ukraynanın VİP qaçqınları Fransa sahillərində dəbdəbəli həyat yaşayır – “Ukrainskaya pravda”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kimisi müharibədə, kimisi dəbdəbəli həyat ağuşunda…

“Müharibədən öncə böyük  sərvətlər qazananlara, deyəsən, Ukrayna daha lazım deyil…”
Ukrayna elitası milyonları necə göyə sovurur…
Ukrayna oliqarxları, siyasətçi və xalq deputatları Fransa sahillərində qanlı Rusiya-Ukrayna müharibəsi fonunda kütləvi şəkildə istirahət edir.
Moderator.az xəbər verir ki, bu barədə “Ukrainskaya pravda” nəşri yazıb.
Jurnalistlərin məlumatıma görə, Fransanın Aralıq dənizi sahillərində Ukraynadan olan xeyli üzdəniraq VİP-qaçqınlar toplaşıb.
Nəşrin komandası bir çox həmvətənlərinin evsiz-eşiksiz və normal insan həyatı üçün zəruri olanlardan məhrum edilərək bütün dünyaya səpələndiyi halda, Ukrayna elitasının dəbdəbəli həyatını və böyük pullar xərclədiyini müşahidə edib.
Belə ki, süjetin qəhrəmanları Ukraynada qadağan edilən “Müxalifət platforması-Həyat uğrunda” partiyasından xalq deputatı Qriqori Surkisin ailəsi olub. KİV-lərin məlumatına görə, o, “Dinamo” futbol klubunun prezidenti, qardaşı İqor Surkis və qızı ilə birgə Monte-Karloda, apartamentlərinin icarəsi ildə 2 milyon avro təşkil edən elit oteldə yerləşib. Surkis qardaşları müntəzəm olaraq yerli kazinoda görünürlər, nəşr qeyd edib.
Lazurnı sahilındə istirahət edənlər arasında həm də Surkisin partiyasından olan həmkarları, o cümlədən Vadim Stolar (Kiyev şəhər şurasının deputatı) və İqor Abramoviç (xalq deputatı) də var. Jurnalistlərin məlumatına görə, sonuncu Kap-Ferrada rusiyalı bankir Boris Dövlətyarova məxsus villa icarəyə götürüb.
“Ukrainskaya pravda”nın komandası Abramoviçi Kap-Ferranın küçələrindən birində görüb.
Fransa sahil sularında jurnalistlər həmçinin zəngin ukraynalıların siyahısında dördüncü olan Konstantin Jivaqonun yaxtasını görüb. Dəyəri 113 milyon dollar olan 75 metrlik yaxta “Z” adını daşıyır. İyun ayında Jivaqo “Forbes” nəşrinə müsahibəsində izah edib ki, yaxtanın adının Rusiyanın Ukraynaya tammiqyaslı hərbi müdaxiləsinə aidiyyəti yoxdur, sadəcə, Jivaqo soyadının latın qrafikası ilə yazılan baş hərfini bildirir.
Yeri gəlmişkən, Ukraynada “Maliyyə və kredit” bankının sahibi Konstantin Jivaqo 2, 5 milyard qrivenin oğurlanmasında şübhəli bilinərək barəsində cinayət işi açılıb. Oliqarx 2019-cu ildən axtarışa verilib və 2019-cu ildən Ukrayna ərazisinə ayaq basmayıb.
Bundan başqa, VİP-qaçqınlar arasında Dneprdən olan inşaatçı Vadim Yermolayev, Xarkov vilayət şurasının deputatı Vladimir Xomutınnik və Ukrayna elitasının başqa nümayəndələri var.
“Fransa sahillərində Ukrayna vətəndaşlarının həyatına baxanda böyük təzadla üzləşirsən. Bir neçə gün ərzində Ukrayna maşınlarının nömrələrini çəkmişik, onların sayı təxminən İsveçrə maşınlarının sayı qədərdir…Məhz ölkənin pullara, bütün dünyanın yardımına ehtiyacı olduğu halda, burada, Fransa sahillərində, deyəsən, Ukraynada müharibədən öncə böyük sərvətlər qazananlar məskunlaşıb və görünür Ukrayna onlara daha lazım deyil”, – bunu araşdırma müəllifi Mixail Tkaç deyib.