Polşa yaxın günlərdə Ukraynaya 4 ədəd SSRİ istehsalı olan MiQ-29 qırıcısı təhvil verəcək.
7Times.az Polşa mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin prezidenti Anjey Duda məlumat verib.
O bildirib ki, rəsmi Varşavanın qərarı ilə Polşa Avropada bu addımı atan ilk ölkəyə çevriləcək.
***
14.03.2023 / 16:48
Polşa yaxın 4-6 həftə ərzində Ukraynaya MiQ-29 qırıcılarını təhvil verə bilər.
7Times.az “Strana” nəşrinə istinadən xəbər verir ki, bu barədə Polşanın baş naziri Mateuş Moraveyski mətbuat konfransında danışıb.
Bundan əvvəl Slovakiya hakimiyyəti də SSRİ istehsalı olan MiQ-29 qırıcılarının Ukraynaya təhvil verilməsi üçün mümkün olan hər şeyi edəcəklərinə söz vermişdi.
Qeyd edək ki, Ukrayna Qərb ölkələrindən, xüsusən ABŞ-dan da qırıcıların tədarükü ilə bağlı məsələ qaldırmışdı.