Ölkə

Ulu öndər Heydər Əliyevin sayəsində gənc dövlətçiliyimiz ayaq üstə duruş gətirə bildi – Elxan Əliyev

Ulu öndər Heydər Əliyevin sayəsində gənc dövlətçiliyimiz ayaq üstə duruş gətirə bildi – Elxan Əliyevbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müstəqil Azərbaycanın memarı olan ulu öndər azad sahibkarlığın inkişafına daim diqqət göstərmiş və respublikamızın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun tərəqqisi ilə əlaqələndirmişdir. Bu da onu deməyə əsas verir ki, həyata keçirilən iqtisadi siyasət sahibkarlığın inkişafının sürətləndirməsinə, ölkənin sosial – iqtisadi problemlərinin həllində sahibkarlığın rolunun gücləndirilməsinə, bu istiqamətdə dövlət gayğısının artırılmasına və ən əsası mövcud potensialın reallaşdırılmasına yönəlmişdir. Bu məqsədlə qanunvericilik bazasının formalaşdırılması, bürokratik maneələrin aradan qaldırılması, maliyyə dəstəyinin göstərilməsi və digər sahələrdə mühüm əhəmiyyətli addımlar atılmışdır.

Sahibkarlıq fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik bazasının yaradılması sahəsində qəbul edilən sənədlərdə bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şəraitin yaradılması, sahibkarlığa hüquqi təminatın verilməsi və rəqabət mexanizminin formalaşması, həmçinin rəqabətin qorunması ilə bağlı müddəalar öz əksini tapmışdır. Bu sənədlər iqtisadiyyatın bütün sahələrini əhatə etməklə azad rəqabətin təmin olunmasına və iqtisadiyyatın dinamik inkişafına xidmət etmişdir.

 

Sahibkarlığın inkişafı istiqamətində 1993-1995-ci illəri və 1997-2000-ci illəri əhatə edən iki dövlət proqramının qəbul edilməsinin xüsusi rolu olmuş, kiçik və orta sahibkarlığın inkişafı Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritet sahələrindən birinə çevrilmişdir. Bu proqramlar çərçivəsində iqtisadiyyatın və sahibkarlığın tənzimlənməsi sahəsində əhəmiyyətli tədbirlər həyata keçirilmiş, sahibkarlara dövlət maliyyə köməyi sistemi təşkil edilmişdir.

Bu gün Prezident İlham Əliyevin də cidd-cəhdlə inkişafını dəstəklədiyi sahibkarlığın inkişafı siyasətinin əsasını vaxtilə Ümummilli Lider Heydər Əliyev qoyub. Məhz onun hakimiyyəti illərində Azərbaycanda demokratik dövlət quruculuğunun həyata keçirilməsi və liberal bazar iqtisadiyyatının formalaşdırılması zərurətə çevrilib.

Ulu öndər Heydər Əliyevin sayəsində müstəqilliyimizin ilk illərində, kənar qüvvələrin və təcavüzkar güclərin bütün həmlələrinə baxmayaraq gənc dövlətçiliyimiz ayaq üstə duruş gətirə bildi. Çörəklə sinağa çəkilən millətimiz bütün ehtiyacların fonunda ən müqəddəs dəyərini – azadlığını qoruyub saxladı.

Elxan Əliyev

“Aynur”kiçik müəssisəsinin rəhbəri