UNICEF-in Azərbaycandakı yeni təyin olunmuş nümayəndəsi Aleks Haykens bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova akkreditasiya məktubunu təqdim edib.
7Times.az xəbər verir ki, UNICEF-in Azərbaycandakı Nümayəndəliyi məlumat yayıb.
“UNICEF-in Azərbaycan hökuməti ilə uzun müddət davam edən tərəfdaşlığını daha da gücləndirmək və ölkədə hər bir uşaq üçün daha yaxşı gələcəyi təmin etmək naminə birlikdə çalışmaq əzmindəyəm”, – deyə Haykens bəyan edib.
Follow @7timesaz