Cəmiyyət

Uşağı xilas edərkən həlak olan polis dəfn edildi

Uşağı xilas edərkən həlak olan polis dəfn edildibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində yerləşən Uzunoba gölündə batan şəxsləri xilas etməyə çalışarkən boğularaq həyatını itirən polis əməkdaşı Vüsal Quliyev dəfn edilib.

7Times.az  xəbər verir ki, V.Quliyev doğulduğu Cəhri qəsəbəsinin qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri general-mayor Süleyman Nemətov, digər rəsmi şəxslər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, iyulun 21-də xidmətdən kənar vaxt ailəsi ilə həmin gölün kənarında istirahət edən 1982-ci il təvəllüdlü polis serjantı Vüsal Əbülfəz oğlu Quliyev suya atılaraq göldə boğulma təhlükəsi ilə üzləşən 13 yaşlı uşağı xilas edib.

Daha sonra uşağın anası, 1984-cü il təvəllüdlü Səadət Elman qızı Aslanlını xilas etmək istəyərkən polis əməkdaşı da onunla bərabər suda boğularaq ölüb.