Cəmiyyət

Uşağını məktəbə göndərmək istəməyənlərin NƏZƏRİNƏ

Belə valideynlərlə xüsusi razılaşma protokolumuz olacaq.

Uşağını məktəbə göndərmək istəməyənlərin NƏZƏRİNƏbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir sıra valideyn var ki, pandemiyadan qorxuya düşüb, uşaqlarını məktəbə göndərmək istəməyəcəklər. Belə valideynlərlə xüsusi razılaşma protokolumuz olacaq.

7times.az xəbər verir ki, bunu yeni tədris ilinə hazırlıqla bağlı canlı yayımda Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

Onun sözlərinə görə, valideyn məlumatlandırılacaq ki, minimum birinci yarımil ərzində şagird valideynin nəzarəti altında həm teledərslərə baxmalı, həm məktəbin təşkil etdiyi “virtual dərslər”də iştirak etməlidir. Mütəmadi olaraq məktəbdə keçirilən seyrək cədvəllə də olsa, kiçik və böyük summativ qiymətləndirmələrdə gəlib iştirak etməlidir ki, uşağın birinci yarımil üzrə attestasiyası nəzərə alınsın.

“Bir qrup valideynin uşağını məktəbə göndərməyəcəyini də nəzərə alsaq, şagird sıxlığını azalda biləcəyik”, – V.Yaqublu bildirib.