Ölkə

Uşaq evinin qalmaqallı direktoru Məhbubə Hüseynova işdən çıxarıldı

Uşaq evinin qalmaqallı direktoru Məhbubə Hüseynova işdən çıxarıldıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün, Xətai rayonu 3 nömrəli Uşaq evində Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbərinin və məsul əməkdaşlarının uşaq evinin kollektivi ilə görüşü keçirilib.

7Times.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, müəssisənin rəhbərliyində dəyişiklik edilərək bu vəzifəyə Gülnarə Şəmiyevaya təyin edilib.

Həmçinin son vaxtlarda uşaq evində baş verən hadisələrlə əlaqədar yaradılan komissiya tərəfindən göstərilən iradların qısa müddətdə aradan qaldırılması ilə bağlı müəssisə rəhbərliyinə müvafiq tapşırıqlar verilib. Xüsusi olaraq qeyd edilib ki, bu gün ölkəmiz sürətlə inkişaf edir, bütün sahələrdə yüksək nailiyətlər əldə olunur və odur ki, bu inkişaf tempinə uyğun olaraq burada tərbiyə alan uşaqlar üçün müvafiq tədbirlər planı hazırlanmalı və onun həyata keçirilməsi təmin olunmalıdır.