Aktual

“Uzun sürən müharibə qarşısında Ukraynaya yardım etməyə hazır olmalıyıq” – NATO-nun Baş katibi

“Uzun sürən müharibə qarşısında Ukraynaya yardım etməyə hazır olmalıyıq” – NATO-nun Baş katibibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukraynadakı hərbi münaqişənin nə qədər davam edəcəyini heç kim bilmir, lakin NATO uzun sürən müharibə qarşısında Kiyevə kömək etməyə hazır olmalıdır”.

“Report” xəbər verir ki, bunu Almaniyanın “Bild” nəşrinə müsahibəsində NATO-nun Baş katibi Yens Stoltenberq deyib.

Biz hazır olmalıyıq ki, bu, illər çəkə bilər. Xərclərin yüksək olmasına baxmayaraq, biz Ukraynaya dəstəyimizdən vaz keçməməliyik – təkcə hərbi yardım üçün deyil, həm də enerji və ərzaq qiymətlərinin artması səbəbindən”, – Baş katib bildirib.

Y.Stoltenberqin fikrincə, müasir silahların Kiyevə tədarükü Ukraynanın Donbasa nəzarəti bərpa etmək şansını artıra bilər.

Baş katib bir daha vurğulayıb ki, NAO Ukraynanı müdafiədə dəstəkləməyə davam edəcək, lakin Alyans münaqişənin bir tərəfi deyil: “Biz ölkəyə kömək edirik, lakin NATO əsgərlərini Ukraynaya göndərmək fikrində deyilik”.