Ölkə

Vahid Əhmədov: “Atəşkəs bizim üçün qurulan tələ idi”

"Əgər Rusiya atəşkəsə təminat vermişdisə, o zaman atəşkəsin pozulmamasını da təmin etməli, buna nəzarət etməli idi".

Vahid Əhmədov: “Atəşkəs bizim üçün qurulan tələ idi”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, düşmən axşam saatlarında Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəyə raket zərbələri endirib ki, nəticədə 5 mülki sakin həlak olub, evlərə ciddi ziyan dəyib.

7times.az xəbər verir ki, düşmənin xain hücumunu dəyərləndirən millət vəkili Vahid Əhmədov, məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:

“Atəşkəs bizim üçün qurulan tələ idi. Bu tələ Hadrutun ordumuz tərəfindən alındığı bir zamanda, Şuşaya doğru irəliləmək imkanının yarandığı bir vaxtda ortaya atıldı. Ermənistan yenə də öz havadarlarının köməyi ilə atəşkəsə nail oldu. Atəşkəsi yenə də özü pozdu. 26 il ərzində Azərbaycan bir dəfə də olsun atəşkəsi pozmadığı halda, düşmən hər dəfə atəşkəsi pozub. Dünən də atəşkəs pozuldu. Gəncəyə, Tərtərə raket zərbələri endirdilər, insanları qırdılar. Atəşkəs faktiki olarq bir saat da olsun davam etmədi. Adını da humanitar atəşkəs qoydular. Hansı ki, bu, Ermənistanın əlavə güc toplaması, xaricdən silahlar gətirməsi üçün atılan bir addım idi. Dövlətimiz, XİN baş verənlərlə bağlı ciddi bəyanat verməlidir. Bəyanatda atəşkəsin pozulması ilə bağlı bütün nüanslar öz əksini tapmalıdır. Qeyd olunmalıdır ki, atəşkəs dönəmində Azərbaycanda dinc  əhaliyə hücumlar olub, mülki insanlar böyük tələfata məruz qalıb.  Əgər Rusiya atəşkəsə təminat vermişdisə, o zaman atəşkəsin pozulmamasını da təmin etməli, buna nəzarət etməli idi. Çox təəssüflər olsun ki, etmədi. Əksinə Ermənistana kifayət qədər silah-sursat, raket gətirdi ki, işğalçı bundan istifadə etsin. Cənab prezidentin baş verənlərlə bağlı yəqin ki, əhaliyə müraciəti olacaq, son hadisələrə münasibət bildirəcək. Biz bir daha dünyaya göstərdik ki, sülh istəyirik. Amma Ermənistan sülh tərəfdarı deyil. Əksinə, onlar müharibə zonasının daha da genişlənməsini istəyir. Ermənistanın son vaxtlar istifadə etdiyi silahların böyük əksəriyyəti xarici dövlətlərdən, xüsusilə də Rusiyadan gətirilən raketlərdir. Hesab edirəm ki, Azərbaycan Türkiyə və Pakistanla hərbi müqavilələri imzalayıb, ərazi bütövlüyünü birgə təmin etməlidir. Artıq bunun  vaxtıdır və bu məsələdə gecikmək olmaz”.Moderator