Ölkə

Vahid Əhmədovun saxta “xalq təəssübkeşliyi” – Səfər Əbiyevin biznes ortağının “demokrat”a çevrilmək cəhdi

Vahid Əhmədovun saxta “xalq təəssübkeşliyi” – Səfər Əbiyevin biznes ortağının “demokrat”a çevrilmək cəhdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər deputat Vahid Əhmədov ətrafında baş verənlər əsas müzakirə mövzularından birinə çevrilib. Uzun müddətdir, Milli Məclisdə təmsil olunan və müxtəlif illərdə vəzifələrdə çalışmış Əhmədovun son müsahibəsi həmkarları tərəfindən qınaq obyektinə çevrilib. Bəs, onun çıxışında səsləndirdiyi fikirlər nə dərəcədə reallığa uyğundur? Həqiqətənmi Vahid Əhmədov “xalqı düşünür”?.

 

7Times.az  bildirir ki, Əhmədov tənqidçi deputat obrazı formalaşdırmağa çalışsa da, düşüncələrində səmimi olduğunu davranışları ilə sübut edə bilməyib.

 

Əvvəlcə son çıxışı ilə bağlı qısa xatırlatma:  Aprelin 16-də bloger Mehman Hüseynov deputat Vahid Əhmədovla müsahibəsini təqdim edib. Vahid Əhmədov bildirib ki, xalqın güzaranının yaxşı olduğunu deyə bilməz. Onun fikirncə, ölkədə biznes üçün, insanlar üçün, xüsusilə kənd təsərrüfatı ilə məşğul olan əhali üçün maliyyə vəsaiti əlçatan deyil.

 

“Əgər kredit 15-20 fazilə verilirsə, onu alan insan gəlir götürüb, sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməyəcək. Çünki krediti qaytarmaq propblemi ilə qarşılaşır”, deputat qeyd edib.

 

Müsahibədə əsas diqqət çəkən məqamlardan biri də Əhmədovun həmkarları ilə bağlı səsləndirdiyi fikirlər olub.

O, Milli Məclisin deputatlarının bizneslə məşğul olmasının qanunla yolverilməz olduğunu bildirib. V.Əhmədov hazırda Milli Məclisdə kifayət qədər deputatın bizneslə məşğul oluğunu deyib. Amma Əhmədov bunu məsələn, dostu, keçmiş müdafiə naziri Səfər Əbiyev barəsində niyə demirdi? Səbəb açıq-aşkar ortadadır. Vahid Əhmədov o zaman maraqlarının müdafiəçisi kimi çıxış etdiyi Əbiyevi tənqid edə bilməzdi. Belə ki, yerli medianın məlumatına görə, Vahid Əhmədovun keçmiş müdafiə naziri Səfər Əbiyevlə kirvəlik qohumluğu var. Onlar sonradan qazanılan bu “qan qohumluğu”na söykənərək də geniş biznes imperiyası yaradıblar. Vahid Əhmədovun Rusiyaya bağlı qrupun içində yer alması haqda da kifayət qədər iddialar var.

 

Səfər Əbiyev vəzifədə olduğu dövrdə Müdafiə Nazirliyinin əksər tenderlərini “təsadüfən” Vahid Əhmədovun şirklətləri qazanırdı. Bu tenderlər isə Ordunun ərzaq və geyim təminatının bütün sahələrini əhatə edir – əsgərin geydiyi çəkmədən tutmuş yediyi çörəyə qədər.

 

Həmin illərdə yarımqarın yeyən, 2 il eyni çəkməni geyən əsgərlərimizin fonunda “çiçəklənən” Vahid Əhmədov – Səfər Əbiyev biznes ortaqlığı oldu. Bu biznes Azərbaycanın hüdudlarını da aşaraq Çexiyanın paytaxtı Praqada, digər ölkələrdə turistik pansionatlara və sair sahələrə şaxələndi.

 

Bütün bunlara rəğmən, millət vəkilinin bu gün məmurların biznes fəaliyyəti ilə məşğul olduğuna diqqət çəkməsi, bunun qanunsuz olduğunu deməsi nə dərəcədə səmimi görünə bilər?  Əhmədovun həqiqətdə böyük biznes imperiyasına malik olduğu, mandatından da məhz bu məqsədlə geniş istifadə etdiyinə dair məlumatlar kifayət qədərdir.  Bu baxımdan onun son çıxışı insanları aldatmaqdan, xalqın gözünə pərdə asmaqdan başqa bir şey deyil.

Sfera.az