Sosial şəbəkələr hər yerdə yanımızdadır, sanki bizim bir parçamızdır.
Belə olan halda övladlarımızın təhlükəsizliyini təmin etmək üçün valideynlərin üzərinə xeyli iş düşür. Gəlin uşaqları virtual dünyanın təhlükələrindən qorumaq üçün bir neçə məsləhətə nəzər salaq.
1) Şəxsi məlumatlarınızı (yaşadığınız ünvanı, oxuduğunuz məktəbi, telefon nömrənizi və s.) tanımadığınız şəxslərlə paylaşmayın.
2) Sosial şəbəkə və e-poçt hesablarınıza mürəkkəb şifrələr təyin edin.
3) Tanımadığınız şəxslərə sizi şantaj etməsinə imkan yaradacaq məlumatlar verməyin, onlara şəxsi foto və video görüntülərinizi göndərməyin.
4) Sizə xoşagəlməz mesajlar yazan və narahat edən şəxsləri dərhal əngəlləyin.
Follow @7timesaz