44 günlük Vətən müharibəsinin başladığı ilk gündən könüllü olaraq döyüşlərə qatılanlardan biri də Pərvin Əsədovdur.
7times.az xəbər verir ki, P.Əsədov artıq evinə dönüb.
O, döyüşlərə qatılması barədə valideynlərinə belə məlumat vermədiyini deyir:
“Artıq iki gün idi ki, döyüşlər başlamışdı, şəhid xəbərləri gəlirdi. Dözə bilmədim. İşdən çıxıb komissarlığa (Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsi nəzərdə tutulur – “Report”) yollandım. Dedilər ki, saat 1-də avtobus çıxır. Tez evə qayıdıb paltarımı dəyişdim. Valideyinlərimə də xəbər etmədim. Atam dostlarım vasitəsilə xəbər tutub məni yola salmağa gəldi. Bircə onu dedi ki, get və həmişəki kimi başımızı uca elə, ya şəhid olacaqsan, ya da torpaqlarımıza bayraq sancacaqsan. Qeyd edim ki, mən əsgəri xidmətimi Ağdam bölgəsində artilleriya bölmələrində və ön cəbhədə səngərdə keçmişəm”.
Follow @7timesaz