Dünya

Vaşinqtonun Ukraynada təkrarladığı 20 illik SƏHVİ – “The Global Times”

Vaşinqtonun Ukraynada təkrarladığı 20 illik SƏHVİ – “The Global Times”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Ştatlar heç nə öyrənməyib və indi Ukraynada öz səhvini təkrarlayır.

7Times.az xəbər verir ki, bu barədə “The Global Times” nəşri yazıb.

Yazıda qeyd olunur ki, Vaşinqton Ukraynaya silah və iqtisadi yardım şəklində “pulunu yeridir”. Məqalədə vurğulanıb ki, rekord inflyasiya və dövlət borcu ilə məşğul olan bir ölkə üçün may ayında Konqresin icazə verdiyi 40 milyard dollar əhəmiyyətli məbləğdir. Bununla belə, öz ölkələrindəki vəziyyət Ukraynanı bütün “lazım olanlarla” dəstəkləyəcəyini vəd edən Ağ Ev üçün vacib sayılmır.

Məqalədə bildirilib ki, ABŞ-ın Ukraynanı silahlandırma strategiyası Əfqanıstandakı vəziyyəti xatırladır – “keçən il şərəfsizcəsinə başa çatan 20 illik işğal”.

“ABŞ 2001-ci ilin oktyabrında 11 sentyabr hücumlarından qısa müddət sonra Əfqanıstana qoşun göndərdi. Sürətli bir qisas əməliyyatı uzanaraq sonradan Amerika büdcəsində 20 illik açıq yaraya çevrildi” – nəşr yazıb.