Ölkə

“Vətəndaşların ödəyəcəyi xidmət haqlarına uyğun xidmət göstərilməlidir”  Deputat

“Vətəndaşların ödəyəcəyi xidmət haqlarına uyğun xidmət göstərilməlidir” – Deputatbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Nəzərə almalıyıq ki, bütün qanunların qəbul olunmasında əsas hədəf vətəndaşlardır”.

 

7Times.az  xəbər verir ki, bunu Milli Məclisin 16 fevral 2024-cü il tarixli iclasında “Su təchizatı və tullantı suları haqqında Azərbaycan Respublikasının Qanunu”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı deputat Azay Quliyev deyib.

 

“Həmin sahənin vəziyyətinə diqqət ayırmaq lazımdır. Son illər su təchizatı ilə bağlı bir çox işlər görülüb. Lakin hələ də görəcəyimiz işlər var. Bu istiqamətdə vətəndaşların ödəyəcəyi xidmət haqlarına uyğun xidmətin göstərilməsi kimi məsələlərə diqqət yetirmək lazımdır.

 

Tullantı sularının axıdılması ilə bağlı bir çox problem var. Binəqədidə 10-dan çox binanın kanalizasiyasının yaxşılaşdırılması ilə bağlı işlərə ehtiyac var. Bakının rayonlarında seçicilərlə görüşdə deyildi ki, suyun keyfiyyəti çox aşağıdır. Müvafiq qurumlar bu məsələyə də diqqət ayırmalıdır. 9-cu mikrorayonda hələ də suyu qrafiklə verilən evlər var. Bu məsələlərə ciddi yanaşılmalıdır. Bu gün Bakıda bir çox yerlərdə istismara alınmayan binalar var. Bu binanın tikintisinə necə icazə verilib? Həmin binalarda 360-380 ailə yaşayır, lakin onların qeydiyyatı yoxdur, hətta səsvermədə belə iştirak edə bilmirlər. Bu məsələlərə ciddi baxılmalıdır”.

Sfera.az