Ölkə

Vilayət Eyvazov rəisi nöqsanlara görə İŞDƏN ÇIXARDI

Vilayət Eyvazov rəisi nöqsanlara görə İŞDƏN ÇIXARDIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci polis bölməsinin rəisi, polis mayoru Aqşin Əhmədov xidmətdə yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib.

“Unikal”ın əldə etdiyi məlumata görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Hazırda 5-ci polis bölməsinin rəisi vəzifəsini polis mayoru Əli Hüseynov icra edir.

Qeyd edək ki, həmin bölmədə xidməti yoxlama zamanı nöqsanlar aşkarlanıb və bir neçə polis zabitinə də töhmət verilib.