Ölkə

Vilayət Eyvazov Samir Həsənovla bağlı əmr verdi

Vilayət Eyvazov Samir Həsənovla bağlı əmr verdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Gəncə şəhər Nizami rayon Polis İdarəsinin rəisi, polis polkovniki Samir Həsənov sərəncama göndərilib.

7times.az-ın məlumatına görə, S. Həsənov bir müddət idi Gəncə şəhər Nizami rayon Polis İdarəsinin rəisi vəzifəsini icra edirdi. Daha öncə isə o, Bakı şəhər Nərimanov rayon Polis İdarəsində işləyib. Hazırda Nizami rayon Polis İdarəsinə təyinat yoxdur.