Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs edilən İmişli rayon icra hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin həbsdə qalma müddəti uzadılıb.
7times.az-ın verdiyi xəbərə görə, Səbail rayon məhkəməsinin hakimi Mədinə Bağırovanın qərarı ilə istintaqın bu barədə təqdimatı təmin edilib və V.Hacıyevin həbs müddəti 3 ay artırılıb.
Xatırladaq ki, mayın 6-da V. Hacıyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilmişdi.
Follow @7timesaz