Aktual

Volodimir Zelenski müzakirələrə səbəb olan fotosundan danışıb-Çətinlik çəkirəm”

Volodimir Zelenski müzakirələrə səbəb olan fotosundan danışıb-Çətinlik çəkirəm”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mən yenidən əvvəlki adam olacağam”.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Almaniyanın “Bild” nəşrinə müsahibəsində deyib.

Qəzetin əməkdaşı Pol Ronzheimer dövlət başçısının müharibədən əvvəl və qətliamdan sonra Buça şəhərində çəkilən fotolarını nümayiş etdirib və onun fikirlərini soruşub.

Ukrayna lideri bildirib: “O şəkildəki adamlar 2 fərqli insanlardır. Gecələr yuxudaykən heç nə görmürəm. Yatmaq çox çətindir. Sonuncu dəfə nə vaxt yaxşı yatdığımı xatırlamıram”.

Qeyd edək ki, kollajdakı soldakı foto müharibədən əvvəl çəkilib. Sağdakı foto isə Ukrayna Prezidentinin Buça qətliamından sonra həmin şəhərə səfəri zamanı lentə alınıb. Bu kadr dünya mətbuatında, o cümlədən sosial şəbəkələrdə geniş yayılıb, ciddi müzakirələrə səbəb olub. KİV-in əksəriyyəti fotonu “Müharibə Zelenskini 40 günə qocaltdı” sərlövhəsi ilə yayıb.