Cəmiyyət

Xaçmaz avtovağzalında sərnişinlərə hücum olundu

Xaçmaz avtovağzalında sərnişinlərə hücum olundubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xaçmaz rayon sakini Şahnəzov Ravid Mübariz oğlu Xaçmaz beynəlxalq avtovağzalında sürücünün ona hücum etdiyi bildirir.

7Times.az-a ünvanladığı müraciətdə o qeyd edibki 20 iyul tarixində Xaçmaz avtovağzalından Bakıya gedərkən sərnişindaşıyan nəqliyyat vasitəsinin sürücüləri ona hücum edərək fiziki zor tətbiq ediblər.Vətəndaş Ravid Şahnəzərovun baş verən hadisə ilə bağlı redaksiyamıza göndərdiyi müraciəti olduğu kimi sizə təqdim edirik.

20 iyul tarixində səfərim Bakıya idi. Xaçmaz avtovağzalına gəlib marşrutda yerimi tutanda demək olar ki, mini avtobus dolmuşdu, 3 və ya 4 boş yer qalmışdı. Məndən öncə yerini tutmuş sərnişinlər artıq saatyarım gözləmişdilər, mən oturandan sonra da təxminən 1 saat ötdü və nəhayət maşın doldu. Bunu mən belə zənn edirdim, sən demə bir yer qalıbmış. Qalan həmən bir yer elə bir yer idi ki, orada əzilib-büzülüb oturmaqdansa avtobusun döşəməsində oturmaq yaxşı idi. Nə başınızı ağrıdım, növbəti gözlədiyimiz saat ərzində 3 sərnişin gəldi, bu yeri görüb əyləşməkdən imtina etdi. Nəhayət biz sərnişinlər dilə gəlməyə başladıq ki, bəs 3 saatdır gözləyirik, yola düşmək lazımdır artıq. Sürücü bizə “tarixi” bir cavab verdi: atışın bu yerin pulun verin yola düşək.
Bu sözlərdən sonra səbr kasam daşdı, durub pulumu geri aldım və sərnişinlərin hamısını bunu etməyə səslədim, ardımca 2 nəfər daha bu hərəkəti etdi. Bunları görən sürücü hədə-qorxu ilə üstümə gəlməyə başladı, hətta yaxama əl atdı. Səbrim elə tükənmişdi ki, artıq əsəblərimi cilovlamağa çətinlik çəkirdim və az qala yaxama əl atdığına görə (kobud sözləri cəhənnəm) bunu vuracaqdım. Lakin bir anlıq özümü toparladım və haqlı olduğum halda haqsız olmamaqçün ən son rezerv səbrimi bir yerə toplayıb əsəblərimi sakitləşdirib Xaçmaz avtovağzalını tərk etdim. Aidiyyatı qurumların və hətta hüquq-mühafizə orqanlarının bu məsələyə baxmasını istərdim. P.S. Niyə hələ də marşrutun müəyyən edilmiş vaxtı və bilet satışı yoxdur? Niyə bu avtovağzalı bazara çeviriblər? Belə çıxır ki, hər yerindən duran mini avtobusu və ya analoji nəqliyyat vasitəsi olan şəxs avtovağzalda və ya qeyri-avtovağzalda sərnişin daşıya bilər? 10 ildən yuxarıdır ki, Xaçmaz-Bakı marşrutunda bu problemlər, bu özbaşınalıqlar var. Təəsüf ki, buna bir əncam çəkən yoxdur.