Xaçmaz rayon Seyidli kənd bələdiyyəsinin sədri Aslan Məcidov kəndə verilən məişət tullantılarının toplanması üçün nəzərdə tutulan dəmir çərçivələri mənimsəyərək şəxsi mülkiyyətində olan evinə aparıb. O həmin konstruksiyaları sökərək həyətinə hasar çəkib.
7times.az-ın əldə etdiyimiz məlumatlara görə, həmin zibil çərçivələrini hələlik adı bizə məlum olmayan qeyri hökümət təşklilatı rayonun dəniz kənarı kənd bələdiyyələrinə verib.
Məsələ ilə əlaqədar olaraq bələdiyyə sədri Aslan Məcidovla əlaqə saxlayıb münasibət öyrəndik. O hazırda müalicədə olduğunu bildirərək məsələyə konkret cavab verməkdən imtina etdi.
Bələdiyyəsinin sədrinin mənimsəyərək evinə aparıb hasar çəkdiyi tullantı çərçivələrinin şəkillərini sizə təqdim edirik:
Follow @7timesaz