Hadisə

Xaçmazda kişi meyiti tapıldı

Xaçmazda kişi meyiti tapıldıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xaçmaz rayonunda kişi meyiti tapılıb.

7Times.az xəbər verir ki, hadisə rayonun Şıxlı kəndində qeydə alınıb.

Belə ki, Şıxlı kənd sakini 1987-ci il təvəllüdlü Anar Mübariz oğlu Məstəliyevin özünə məxsus fərdi yaşayış evində meyiti aşkarlanıb.

Onun dəm qazından öldüyü ehtimal edilir.

Meyit müayinə üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır./Report