Ölkə

Xaçmazda körpünün uçması nəticəsində yaralananların adları açıqlandı

Xaçmazda körpünün uçması nəticəsində yaralananların adları açıqlandıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəndob-Yalama yolunun 27-ci km-də, Xaçmaz-Xudat yolunun Qudyalçay üzərində yerləşən körpünün uçması nəticəsində 3 nəfər xəsarət alıb.

7Times.az xəbər verir ki, onlar Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Yaralıların Heybetov Elisafa Abas oğlu (1966-cı il), Qarayev Efsun Esger oğlu (1984-cü il) və Səfərəliyev Elvin Tofiq oğlu (1999-cu il) olduğu bildirilir.

Rayon Fövqəladə Hallar Komissiyasının sədri, Xaçmaz rayon icra hakimiyyətinin birinci müavini Anar Oruclu APA-ya bildirib ki, bir neçə istiqamətdə alternativ yollar istifadəyə verilib.

Komissiya sədrinin sözlərinə görə, körpünün uçmasına səbəb kimi aramsız yağan yağışlar nəticəsində çayda suyun artması və bu səbəbdən körpünün dayaqlarından birinin aşınması olduğunu bildirib.