Hadisə

Xaçmazda məktəb direktoru evində ölü tapıldı 

Xaçmazda məktəb direktoru evində ölü tapıldı backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xaçmazda yaşayış evində meyiti tapılan şəxsin məktəb direktoru olduğu müəyyənləşib.

7times.az xəbər verir ki, Alıcqışlaq kənd orta məktəbinin direktoru, 1976-cı il təvəllüdlü Hacıyeva Ülkər Vəliyyəddin qızının dəm qazından boğularaq dünyasını dəyişdiyi ehtimal olunur.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

10:17

Xaçmaz rayonunda evdə qadın meyiti tapılıb.

Bu barədə 7times.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

FHN-in “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Xaçmaz rayonunda 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1976-cı il təvəllüdlü Hacıyeva Ülkər Vəliyyəddin qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.