Ölkə

“Xankəndidə artıq hamı başa düşüb ki, Ermənistan nəhayət Qarabağdan əlini tamam çəkib” – “Hraparak”

“Xankəndidə artıq hamı başa düşüb ki, Ermənistan nəhayət Qarabağdan əlini tamam çəkib” – “Hraparak”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xankəndidə artıq hamı başa düşüb ki, Ermənistan nəhayət Qarabağdan əlini tamam çəkib.

7Times.az  xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb. Qəzet bildirir ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın son bəyanatı Qarabağın siyasi meydanında tam konsensus formalaşdırıb.

“Xankəndidə hamı artıq başa düşüb ki, Ermənistan nəhayət Qarabağdan əlini çəkib. Əgər bu ana qədər respublika parlamentinin üç müxalifət qüvvəsi bəyanatla çıxış edirdisə, indi Təhlükəsizlik Şurasının genişləndirilmiş iclasındakı bəyanat Qarabağ “prezidenti” Arayik Arutyunyanın da bu fikirdə olduğunu göstərdi. Bu dəfə onlar təkcə qiymətləndirmələrlə kifayətlənməyərək, belə bir mesaj verdilər:

“Qarabağ münaqişənin tam əsaslarla və ən yüksək beynəlxalq səviyyədə həlli prosesinə cəlb olunana qədər Ermənistan öhdəliklərini yerinə yetirməyə borcludur və beynəlxalq arenada Qarabağ xalqının hüquq və mənafelərini təmsil etmək, qorumaq səlahiyyətinə malikdir. Bu öhdəliklər və səlahiyyətlər Ermənistanın bir sıra dövlət sənədlərində və beynəlxalq sənədlərdə, o cümlədən ATƏT sənədlərində və 9 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatda öz əksini tapıb”.

Məlumata görə, Paşinyan bildirib ki, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanıya bilər və etməlidir, Qarabağ məsələsi iki ölkə arasında bağlanacaq sülh müqaviləsindən ayrılmalıdır. Bundan əlavə, Qarabağ məsələsində Qarabağ danışıqlar aparan tərəf olmalıdır”, – deyə qəzet qeyd edib.KONKRET.az