Ölkə

Xankəndidə dəhşətli partlayış: yüzlərlə ölü iddiası – Video

Xankəndidə dəhşətli partlayış: yüzlərlə ölü iddiası – Videobackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xankəndi yaxınlığında, Xankəndi-Əsgəran yolunun üzərindəki yanacaq məntəqəsində benzin çəni partlayıb.

7Times.az Axar.az -a istinadən  xəbər verir ki, partlayış nəticəsində yaralananların sayının onlarla olduğu bildirilir.

“Hazırda ölən və yaralananların sayı ilə bağlı dəqiq məlumatımız yoxdur. Hazırda onlarla yaralı var – müxtəlif yanıqlarla”, – hadisə yerində çalışan tibb işçiləri bildirib.

Qarabağın keçmiş qondarma qurumunun keçmiş “ombudsmanı” olduğunu bildirən Geqam Stepanyan partlayış nəticəsində yüzlərlə ölənin (? – red.) olduğunu iddia edib:

“Ölən və yaralananların dəqiq sayını müəyyən etmək mümkün deyil”.

O vurğulayıb ki, insanların həyatını xilas etmək üçün hava təxliyəsinə ehtiyac var.

Qeyd edək ki, partlayışın videosundan “yüzlərlə ölənin olduğu” təəssüratı qətiyyən yaranmır.