Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov bu gün Tehrana səfər edəcək.
7Times.az xəbər verir ki, bu barədə İranın “Nour News” portalı öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilir ki, Xələf Xələfov bir sıra yüksək rütbəli iranlı məmurlarla görüşəcək və onlarla regiondakı vəziyyəti müzakirə edəcək.
Qeyd edək ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da İranda səfərdədir. O, iranlı həmkmarı, İran XİN rəhbəri və prezidenti ilə görüşlər keçirib.
Follow @7timesaz