Sağlamlıq

Xərçəngdən ən yaxşı qoruyan ədviyyat

Xərçəngdən ən yaxşı qoruyan ədviyyatbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanda digər ölkələrlə müqayisədə xərçəngə tutulma halları daha azdır.

Mütəxəssislər bunu hindistanlıların sarıkökə olan sevgi ilə əlaqələndirir. Hindistanda insanlar hər gün orta hesabla təxminən 1,5-2 qr sarıkök qəbul edir. Bu ölkədə sarıkök demək olar bütün yeməklərə, şirniyyatlara, içkilərə əlavə edilir.

Sarıkök qədim hind təbabəti olan Aurvedada geniş istifadə olunur. Sarıkökün çox güclü iltihabəleyhinə xüsusiyyətlri var.

Saglamolun.az -ın məlumatına görə, çoxsaylı elmi araşdırmalar göstərib ki, sarıkökün tərkibində olan “kurkumin” maddəsi bir çox xərçəng şişlərinin (bağırsaq, süd vəzi, mədə, yumurtalıqlar və s.) inkişafını ləngidir, xərçəng hüceyrələrinin dağılması prosesini sürətləndirir.

Sarıkök xərçəng xəstəliklərinin ən güclü profilaktik vasitəsidir. Mütəxəssislər bu ədviyyatdan daha tez-tez istifadə etməyi tövsiyə edirlər. Ədviyyatın faydalı xüsusiyyətlərini daha yaxşı saxlamaq üçün onu yeməklərə hazır olana yaxın əlavə edin.