Kriminal

Xəyanət edən arvadının boğazını kəsib 25 dəfə bıçaqladı

Xəyanət edən arvadının boğazını kəsib 25 dəfə bıçaqladıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində arvadı, 1998-ci il təvəllüdlü Nuranə Əhmədovanı 25 bıçaq zərbəsi ilə qətlə yetirən 1992-ci il təvəllüdlü Nicat Əhmədova hökm oxunub.

7Times.az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən N. Əhmədov 16 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama əsasən Nicat Əhmədov ötən ilin iyulun 13-də arvadı Nuranə Əhmədovanın ona taksi sürücüsü Bayraməli adlı şəxslə xəyanət etməsindən şübhələndiyi üçün Nuranəni bıçaqla qətlə yetirib.

Məlum olub ki, Nicat bibisi qızı Nuranə ilə 2015-ci ildə ailə qurub və onların birgə nigahlarından 3 uşaqları dünyaya gəlib.

Təqsirləndirilən şəxs məhməyə ifadəsində bildirib ki, Nuranənin xəyanəti barədə ilk dəfə yaxınları ona xəbər edib:

“Hadisədən 3 gün öncə bibim mənə Nuranənin mobil telefon nömrəsini qırdığını və zəng çatmasa narahat olmamağımı dedi. Niyə qırdığını soruşanda, onun çox telefonla oynadığını, evə baxmadağını və təmizləmədiyini dedi. Məni tənbeh edərək bundan sonra uşaqları bağçaya qoymamağımı, Nuranənin taksi ilə gedib gəlməməsini, adına söz çıxacağını dedi. Həmin vaxtdan sonra yoldaşımdan şübhələnməyə başladım. Təxminən 1 saat sonra bibim oğluna zəng edib nə baş verdiyini soruşdum. Mənə Nuranənin taksi sürücüsü Bayraməli ilə münasibəti olduğunu dedi.”

N. Əhmədovun sözlərinə görə, o Bayraməli ilə əlbəyaxa dava edib və barəsində polis şöbəsində inzibati protokol tərtib edilib:

“Evə gəlib Nuranədən nə söz-söhbət olduğunu soruşdum. Mənə Bayramalının ona hədə-qorxu gəldiyini, ona görə də Bayramalı ilə danışıb, münasibət qurduqlarını, lakin Bayramalı ilə cinsi əlaqədə olmadığını dedi. Həmin vaxt Nuranənin peşmançılıq hissi keçirdiyini görürdüm. Onu öldürməyi düşünürdüm, lakin uşaqlar yanında olduğundan yazığım gəlirdi.”

Onun ifadəsinə görə, Nuranənin hərəkətlərinə əsəbləşdiyindən bıçaqla özünə xəsarət yetirib və bir gün xəstəxanada yatıb:

“Qayıtdıqdan sonra axşam saat təxminən 21 radələrində Nuranənin telefonunun stolun üstündə olduğunu gördüm və  “Vatsapp” yazışma proqramına girdim. Həmin vaxt Nuranənin “BA” yazılan şəxslə yazışması olduğunu gördüm. Ada daxil olduqda onun Bayraməli olduğunu gördüm. Nuranə mesajları silmişdi. Lakin Bayramalı ilə onun alt paltarında olan şəkli qalırdı. Ondan şəkil barədə soruşdum, mənə xəyanət etmədiyini və şəklin fotomontaj olduğunu dedi. Uşaqlar yanında idi deyə, onu sabah öldürmək qərarına gəldim.”

Təqsirləndirilən şəxsin sözlərinə görə, o səhəri günü Nuranəni öldürmək üçün onu evə bitişik olan tikiliyə çağırıb və ona yenidən xəyanət edib etmədiyini soruşub:

“Yenə inkar etdi. Qapını kilidləyib mətbəx bıçağını götürdüm. Nuranəyə onu öldürəcəyini dedim. Mənə “yaxşı edirəm, yaxşı edib gəzirəm, öldürürüsən öldür” dedi. Artıq xəyanətindən əmin olub saçından tutaraq üzü aşağı vəziyyətdə yerə yıxdım. Qolumu boğazına dolayıb bıçaqla boğazını kəsdim. Bu zaman bıçaq öz qolumu da kəsdi. Həmin vaxt da Nuranə xırıldamağa başlamışdı. Əziyyət çəkməməsi üçün boğazını bir daha kəsdim və kürəyindən 8-10 dəfə tez-tez bıçaqla vurdum. Ölmədiyini görüb üzü üstə çevirdim. Boyun nahiyyəsindən bıçaqla 6-7 dəfə vurdum. Zərbədən bıçaq Nuranənin boynunda qaldı.”

Nəzrin Cavadzadə