Siyasət

XİN başçıları Azərbaycan-Türkmənistan-Türkiyə görüşünü müzakirə etdilər

XİN başçıları Azərbaycan-Türkmənistan-Türkiyə görüşünü müzakirə etdilərbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Türkmənistan xarici işlər naziri Rəşid Meredov ilə telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən 7times.az-a verilən məlumata görə, nazirlər iki ölkə arasındakı əməkdaşlıq gündəliyi üzrə, o cümlədən ənənəvi dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi ilə bağlı aktual məsələlərə dair fikir mübadiləsi aparıblar.

Nazirlər həmçinin regional təhlükəsizlik, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Cari il keçirilməsi nəzərdə tutulan Azərbaycan, Türkmənistan, Türkiyə yüksək səviyyəli görüşünün əhəmiyyəti vurğulanıb.