Bayram Məmmədovun ölümü ilə bağlı məlumatlar aidiyyəti üzrə diplomatik nümayəndəlik ilə araşdırılır.
7times.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlmasında Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.
O bildirib ki, hadisədən xəbərdardır, amma nəşin ölkəyə nə vaxt gətiriləcəyi məlum deyil:
“Bu, elə bir məsələdir ki, araşdırılmalı, yerli qurumlarla əlaqə saxlanılmalıdır. Nəşi dənizdən tapıldığı üçün cinayət elementləri varsa, təhqiqat aparılacaq və bu da vaxt ala bilər”.
Follow @7timesaz