Azərbaycan Xarici İşlər Nazirliyi “Euronews”un çəkiliş qrupunun Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulmasına münasibət bildirib.
7times.az-ın xəbərinə görə, XİN-in tvitter hesabında bu fikirlər qeyd olunub:
“Beynəlxalq humanitar hüquq jurnalistlərə qarşı hücumları qadağan edir. Ermənistan beynəlxalq hüquqa dair öhdəliklərini kobud şəkildə pozaraq jurnalistlərə hücum edir!
Bu hadisə mülki vətəndaşları və jurnalistləri hədəf alan Ermənistanın əsl üzünü bir daha göstərir”.
Follow @7timesaz