Siyasət

XİN nazirlərin görüşü ilə bağlı MƏLUMAT YAYDI

XİN nazirlərin görüşü ilə bağlı MƏLUMAT YAYDIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevralın 18-də Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun, fevralın 19-da isə Gürcüstanın baş nazirinin müavini – Xarici İşlər naziri David Zalkalianinin Azərbaycana rəsmi səfərləri nəzərdə tutulub.

Bu barədə 7times.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Fevralın 19-da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, Gürcüstanın baş nazirinin müavini – xarici işlər naziri David Zalkaliani və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun iştirakı ilə 9-cu üçtərəfli görüşün keçirilməsi planlaşdırılır.