Ölkə

YAP iclas keçirəcək – Namizəd irəli sürüləcək

YAP iclas keçirəcək – Namizəd irəli sürüləcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçiriləcək.

 

7Times.az  xəbər verir ki, İdarə Heyətinin genişləndirilmiş iclası sabah, dekabrın 15-də saat 10:00-da başlayacaq.

Heydər Əliyev Mərkəzində keçiriləcək iclasda partiyanın növbədənkənar prezident seçkilərində namizədi irəli sürüləcək.

 

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.

 

Bir neçə gün öncə YAP sədrinin müavini Tahir Budaqov bildirib ki, hakim partiyanın 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində namizədi İlham Əliyev olacaq.