Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası öz işinə başlayıb.
7times.az xəbər verir ki, iclasda qeyri-etik videoyla gündəmə gələn partiyanın Veteranlar Şurasının üzvü, YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmovla bağlı məsələ müzakirə ediləcək.
Toplantıda həmçinin partiyanın Mərkəzi Seçki Komissiyasında təmsil olunacaq namizədlərinin siyahısı müəyyənləşdirilib.
***
İclas artıq başlayıb.
***
İclasın qərarına əsasən, sabiq deputat, qeyri-etik videoyla gündəmə gələn Hüseynbala Mirələmov Yeni Azərbaycan Partiyasından çıxarılıb.
Follow @7timesaz