Siyasət

YAP rəhbərliyindəki qocamanların – Siyahısı

YAP rəhbərliyindəki qocamanların – Siyahısıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, martın 5-də hakim partiya özünün növbəti qurultayını keçirəcək.

7times.az bildirir ki, artıq ictimaiyyətdə YAP rəhbərliyində ciddi kadr dəyişikliklərinin olacağı haqda ehtimallar var. Hətta bunu bir sıra YAP-çıların dilindən də eşitmək olar.

Bildirilir ki, partiyanın İdarə Heyəti və Siyasi Şurasında olan bir çox şəxslər, xüsusilə də yaşlı, YAP-ın fəaliyyətində heç bir iştirakı olmayanlar vəzifələrini itirəcək. YAP-ın gəncləşməsi ilə bağlı zaman-zaman təklif və tələblər səslənsə də, bu günə qədər bu istiqamətdə ciddi bir addım atılmayıb. Təkcə onu demək kifayətdir ki, partiyanın İdarə Heyətində təmsil olunan 20 nəfərin 14-nün yaşı 65-də yuxarıdır.

Onların siyahısını və yaşlarını təqdim edirik: 

1. Hacıbala Abutalıbov – 76 yaş

2. Əli Əhmədov – 68 yaş

3. Vaqif Əliyev – 67 yaş

4. Nurlana Əliyeva – 74 yaş

5. Akif Əlizadə – 87 yaş

6. Əli Həsənov – 72 yaş

7. Yusif Hümbətov – 70 yaş

8. Nizami Xudiyev – 71 yaş

9. Eldar İbrahimov – 75 yaş

10. Kərim Kərimov – 85 yaş

11. Mübariz Qurbanlı – 67 yaş

12. Abel Məhərrəmov – 71 yaş

13. Arif Rəhimzadə – 80 yaş

14. Mixail Zabelin – 75 yaş

Partiyanın Siyasi Şurasında da xeyli sayda yaşlı üzvlər var. Məsələn İsmət Abasov (66),  Fatma Abdullazadə (72), Yaqub Eyyubov (75), Şahlar Əsgərov (79), İsa Həbibbəyli (71), Sudeyf İmamverdiyev (82), Mirkazım Kazımov (71), Xeyrəddin Qocayev (71), Yaqub Mahmudov (82), Ramiz Mehdiyev (82), Rafiq Məmmədhəsənov (75), Hadı Rəcəbli (73) və daha bir neçə şəxsin bütün digər amilləri kənara qoyaraq məhz yaşlarına görə partiyaya hər hansı fayda verəcəkləri haqda heç bir gözlənti yoxdur.  yenisabah.az