Dünya

Yaponiya Ukraynaya yeni yardım paketi hazırlayır

Yaponiya Ukraynaya yeni yardım paketi hazırlayırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiya Ukrayna üçün yeni yardım paketi hazırlayır, Ukrayna tərəfinin tələbi ilə bu paketə lazımi yüksək texnologiyalı avadanlıq daxil ediləcək. 

7Times.az  xəbər verir ki, bu barədə Ukraynanın Yaponiyadakı səfiri Serxi Korsunski “Radio NV” telekanalına müsahibəsində bildirib.

“Ukraynaya gəldikdə isə Yaponiyanın siyasəti davam edir, bizə yardımlar dayanmır, bu yardımın yeni hissəsi hazırlanır. Yeganə odur ki, bu, silah deyil, amma bu fantastik əks əməliyyatı davam etdirmək və qışı qarşılamaq üçün bizə lazım olacaq”, – səfir bildirib.