Ölkə

Yaponiyanın Baş naziri neft ehtiyatlarının bir hissəsinin satışını elan edib

Yaponiyanın Baş naziri neft ehtiyatlarının bir hissəsinin satışını elan edibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Noyabrın 24-də Yaponiyanın Baş naziri Fumio Kişida strateji neft ehtiyatlarının bir hissəsinin satışına icazə veriləcəyini elan edib.

7times.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlama verən Baş nazir deyib: “Biz neftin qiymətinin sabitləşməsi üçün ehtiyatların bir hissəsini satacağıq və bununla əlaqədar digər tədbirləri həyat keçirəcəyik”. Satışa çıxarılacaq ehtiyatların həcmi barədə məlumat verməyən F.Kişida bunu iqtisadiyyat, ticarət və sənaye naziri Koiçi Haqiudanın elan edəcəyini bildirib.

Baş nazir, həmçinin qeyd edib ki, bu barədə qərar ABŞ hökumətinin müvafiq qərarına əsasən, dünya neft bazarını sabitləşdirmək məqsədilə atılıb. Yaponiya hökumətinin başçısı əlavə edib ki, neftin qiymətinin sabitləşməsi koronavirus nəticəsində böyük zərbə almış ölkə iqtisadiyyatının bərpası üçün xüsusi əhəmiyyət daşıyır. Bununla əlaqədar digər tədbirlər planlaşdıran Tokio, neft hasilatçısı olan ölkələri neftin qiymətinin qalxmaması üçün addımlar atmağa da çağıracaq.

Yaponiyanın iqtisadiyyat sahəsində nüfuzlu “Nikkei” qəzeti bir gün əvvəl Yaponiya hökumətinin 4,2 milyon barel nefti satmağı planlaşdırdığı barədə məlumat yayıb. Bu ərəfədə Tokio ticarət birjasında bu xammal növünün qiyməti son iki həftəlik maksimumu yeniləyib.

Əlavə olaraq qeyd edək ki, ABŞ hökuməti də noyabrın 22-də 50 milyon barel neftin satışa çıxarılacağını elan edib. Ağ ev bununla yanaşı, Böyük Britaniya, Hindistan, Çin, Cənubi Koreya və Yaponiya tərəfindən də müvafiq addımların atılacağını elan edib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri 

Tokio