Dünya

Yeni doğulmuş körpəsini 40 min dollara satmaq istəyən QADIN SAXLANILDI

Yeni doğulmuş körpəsini 40 min dollara satmaq istəyən QADIN SAXLANILDIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyulun 15-də Özbəkistan Dövlət Təhlükəsizliyi Xidmətinin Teleqram kanalı özbək qadınlarının öz uşaqlarını satmaq cəhdi barədə məlumat yayıb.

7Times.az  xəbər verir ki, Sırdərya rayonunun Gülüstan şəhərində 33 yaşlı Buxara rayonundan olan şəxs saxlanılıb. O, yanvarın 30-da doğulan oğlunu 40 min dollara satmağa cəhd edib.

Surxandərya vilayətinin Termez rayonunun sakini isə yeni doğulan qızı üçün 25 milyon sum (təxminən 2000 dollar) istəyib. Məlum olub ki, o, başqa bir qadınla əlbir olaraq Tirmiz şəhərində alıcı tapıblar. Lakin uşağın anası pulu alarkən saxlanılıb.

Daşkənd vilayətinin Çirçik şəhər sakini 27 yaşlı şəxs altı yaşlı oğlunu 3000 dollara satmaq istəyərkən Daşkənddə Dövlət Təhlükəsizliyi Xidmətinin və prokurorluğun əməkdaşları tərəfindən yaxalanıb.

29 yaşlı Namanqan sakini isə on yaşlı oğlu üçün istədiyi 18 min dolların bir hissəsini – 4 min dollar alarkən saxlanılıb.

Saxlanılanların hamısına qarşı cinayət işi başlanıb. Faktla bağlı araşdırma aparılır. Təqsirləndirilən şəxsləri 8 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.

Qeyd edək ki, Özbəkistanda uşaq satmağa cəhd xəbərləri dəfələrlə yayılıb. Çox vaxt yeni doğulmuş və ya məktəb yaşına çatmayan uşaqlar satışa çıxarılır. Tələb olunan məbləğlər fərqlidir – biri üçün 600 dollar, digəri üçün 18 min dollar tələb oluna bilər.

2020-ci ildə respublikanın Ali Məclisi (parlamenti) Senatının Sədri, İnsan Alverinə və Məcburi Əməyə Qarşı Mübarizə üzrə Milli Komissiyanın rəhbəri Tanzila Narbayeva qeyd edib ki, əksər hallarda uşaqların satılmasının səbəbi ailədə ağır şərait və maddi problemlərdir.

 

KONKRET.az