“Peşə təhsili müəssilərində 40 mindən artıq tələbə təhsil alır”.
7Times.az xəbər verir ki, bu sözləri elm və təhsil nazirinin müavini İdris İsayev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, peşə təhsili üzrə dövlət sifarişli yerlərin sayı 84 faizdir: “Orta təhsil xərcimizin məbləği 2700 manatdır. Bundan əlavə, məktəbəqədər təhsil müəssisəsində bir təhsil alana 4500 manat vəsait xərcləyirik”.
İdris İsayev həmçinin bildirib ki, yeni peşə təhsil müəssiələrinin tikilməsi nəzərdə tutulur: “Orada əsasən dövlət sifarişli yerlər olacaq. Peşə təhsilinə qəbul sayını 2 dəfə artırmalıyıq. Növbəti tədris ilindən peşə təhsili müəssiələrində təhsil alan tələbələrinin sayının 50 minə çatacağını görə bilərik. Çalışacağıq ki, müəyyən edilmiş hədəfləri reallaşdıraq”.
O qeyd edib ki, bu il peşə məktəblərinə 27.000-dən artıq tələbə qəbul olunub.
Follow @7timesaz


