Hərbi

Zalujnı NATO-nun Hərbi komitəsinin sədri ilə texnologiyanı müzakirə edib

Zalujnı NATO-nun Hərbi komitəsinin sədri ilə texnologiyanı müzakirə edibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı general Valeri Zalujnı ilə NATO-nun Hərbi komitəsinin sədri admiral Rob Bauer arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, bu barədə Zalujnı feysbukda bildirib.

“NATO-Ukrayna Baş komandanlar Şurasının iclası ərəfəsində NATO Hərbi komitəsinin sədri admiral Rob Bauerlə telefon danışığım olub”, – ukraynalı general qeyd edib.

Telefon danışığı zamanı tərəflər Rusiyanın genişmiqyaslı hərbi müdaxiləsi şəraitində Ukrayna və Alyansın taktika və strategiyasına baxışlarını paylaşıblar.

“Belə intensivli və miqyaslı savaşda texnologiyaların mühüm rol oynadığını vurğuladım”, – paylaşımda nəql olunub.

Zalujnı bildirib ki, söhbət əsasında “Ukrayna və NATO-nun texnoloji səylərinin inteqrasiyası perspektivi və imkanları” ətrafında fikir mübadiləsi aparılıb.