Bu gün Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevlə Qarabağın işğaldan azad olunmuş torpaqlarında təhlillər apardıq. Hazırda bu ərazilərdə çox əhəmiyyətli işlər görülür. Azərbaycanın Zəfəri bizim Zəfərimizdir. Biz buna çox sevinirik.
7times.az xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu deyib. Nazir bildirib ki, Türkiyədə əldə etdiyimiz bilik və bacarıqlarımızı, təcrübələrimizi işğaldan azad olunmuş torpaqlarda bərpa işlərinə yönəldəcəyik:
“Nəqliyyat dəhlizləri, dəhlizlərin təməlləri nə qədər möhkəm olarsa, ölkənin iqtisadiyyatı, inkişafı da o qədər dinamik olar. Təbii ki, buradakı dəmir yolu, avtomobil yolu çəkilişləri ölkəmiz üçün logistika bağlantı baxımından çox vacibdir. İki qardaş ölkə bundan sonra da birlikdə nəqliyyat sahəsində böyük layihələrə imza atacaq. Bölgənin inşasına, iqtisadiyyatına, inkişafına öz töhfəmizi verəcəyik. “Zəfər yolu”nun tikintisində fəaliyyət göstərənlər yolun inşasını avqust ayında başa çatdırmağı planlayırlar”.
Follow @7timesaz