Aktual

Zelenski məcburi təxliyə barədə göstəriş verdi – “Biz Rusiya deyilik”

Zelenski məcburi təxliyə barədə göstəriş verdi – “Biz Rusiya deyilik”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Volodimir Zelenski Donetskdən sakinlərin təxliyəsi barədə göstəriş verib.
7Times.az
 “Ukrinform”a istinadla xəbər verir ki, bunu o, müharibənin 157-ci gününün yekunlarına dair videomüraciətində qeyd  edib.
“Bir çox insan ayrılmaqdan imtina edir, amma bunu həqiqətən etmək lazımdır. Bu nə qədər tez edilsə, Donetsk vilayətini nə qədər çox insan tərk edərsə, Rusiya ordusunun öldürməyə vaxtı bir o qədər az olar”, – deyə o bildirib.
O, səlahiyyətliləri döyüş bölgələrində qalanları tərk etməyə inandırmağa çağırıb:
“Onları, xüsusən də uşaqlı ailələrdirsə, getməli olduqlarına inandırın. Əgər köçkünlərə kömək etmək imkanınız varsa, bunu edin”.
Zelenski xatırladıb ki, hökumət Donetsk vilayətindən məcburi təxliyə barədə qərar qəbul edib. O qeyd edib ki, bunun üçün sözügedən şəxslərə maddi və humanitar yardım da veriləcək:
“Lazım olan tək şey insanların özlərinin qərar verməsidir. Çıxın, biz kömək edəcəyik. Biz Rusiya deyilik. Bizim üçün hər bir həyat vacibdir”.
Zelenski deyib ki, müharibənin indiki mərhələsində Rusiyanın əsas silahı terrordur və Ukraynanın vəzifəsi terrorçu dövləti təcrid etmək, mümkün qədər çox insanı Rusiyanın hücumlarından qorumaqdır.
Qeyd edək ki, iyulun 29-da Ukrayna Nazirlər Kabineti Donetsk vilayətindən təxliyənin təşkili ilə məşğul olacaq Koordinasiya Qərargahı yaradıb.