Dünya

Zelenski məhbusların səfərbər olunmasına icazə verən qanunu imzaladı

Zelenski məhbusların səfərbər olunmasına icazə verən qanunu imzaladıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Vladimir Zelenski müəyyən kateqoriyalı məhbusların Ukrayna Silahlı Qüvvələri sıralarına səfərbər edilməsinə icazə verən qanunu imzalayıb.

APA “Ukrinform“a istinadən xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının rəsmi saytında məlumat verilib.

Qanuna görə, ağır cinayətlərdə, xüsusilə qəsdən adam öldürmə, zorlama, cinsi zorakılıqda təqsirli bilinən şəxslər eyni zamanda milli təhlükəsizlik əsaslarına qarşı cinayətlərə görə cəza alanlar səfərbər oluna bilməzlər.

Ölkənin Ədliyyə Nazirliyi azı 4,5 min məhbusun həbsxanadan döyüş meydanına yollanmağa hazır olduğunu bildirib.

Ukraynalı deputat Olena Şulyak qeyd edib ki, qanunvericiliyə uyğun olaraq, məhbusların səfərbər edilməsi, onlar üçün mexanizmin tətbiqi yalnız məhkəmənin qərarı ilə həyata keçirilir. O qeyd edib ki, həmçinin yalnız məhbusun özü tərəfindən belə bir qərarın könüllü olması; hərbi hissə komandirinin razılığı; məhkumun psixi vəziyyətinin və sağlamlıq vəziyyətinin Silahlı Qüvvələrdə xidmətin tələblərinə uyğunluğu; göstərilən cəzanın müddəti başa çatanadək üç ildən artıq müddətə azadlıqdan məhrum etmə nəzərə alınacaq.

Bu kateqoriyadan olan səfərbər olunanlar xüsusi təyinatlı hərbi hissələrdə xidmət edəcəklər. Azadlığa buraxılan belə şəxslərə inzibati nəzarət onların göndərildiyi hərbi hissənin komandiri tərəfindən həyata keçiriləcək.

Xatırladaq ki, bu qanun mayın əvvəllərində Ukrayna Ali Radasında qəbul olunub.