“Mənim məqsədim vəzifədə qalmaq yox, müharibəni bitirməkdir”.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Axios” nəşrinə müsahibəsində deyib.
Zelenski Trampla son görüşündən bəhs edərkən deyib ki, Tramp Ukraynanın enerji infrastrukturuna və silah anbarlarına cavab zərbələri endirməklə bağlı yeni uzun mənzilli sistemlərin tədarükü üzərində çalışacağını vəd edib.
Trampın Ukraynanın müharibədə qalib gələcəyinə inandığına dair açıqlamasına gəlincə, Ukrayna lideri müsbət mənada təəccübləndiyini bildirib.
Rusiyanın Avropa hava məkanını pozması ilə bağlı isə Zelenski bunları deyib: “Çox zəif cavab verildi. Onlar vurulmalı idi. Əgər ərazinizdə kimsə sizin adamlarınızı öldürürsə, siz cavab verməlisiniz. Əgər reaktiv təyyarələr sizin hava məkanınızdadırsa, onların qarşısını almalısınız”.
Müharibənin sona çatması üçün ərazi güzəştləri etməkdən tamamilə razı olmadığını bildirən Zelenski daha sonra deyib:”Xeyr, biz müvəqqəti olaraq işğal olunmuş bu əraziləri heç vaxt tanımayacağıq. Bunu edə bilmərik”.
Zelenski daha sonra müharibə bitdikdə vəzifəsini tərk etməyə hazır olduğunu bəyan edib.
“AzPolitika.info”
Follow @7timesaz