Dünya

Zelenski müharibədə öldürülsə, ölkəyə bu şəxs rəhbərlik edəcək – “Politico” nəşrindən İDDİA

Zelenski müharibədə öldürülsə, ölkəyə bu şəxs rəhbərlik edəcək – “Politico” nəşrindən İDDİAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukrayna prezidentinin müharibə zamanı həlak olması ehtimalı ilə bağlı plan var, amma Ukrayna rəsmiləri bu barədə açıq danışmaqdan imtina edirlər”.

 

7Times.az  xəbər verir ki, bu barədə ABŞ-nin “Politico” jurnalında məqalə yayımlanıb.

 

Nəşr müəllifləri qeyd edirlər ki, rus hərbçiləri tərəfindən mümkün sui-qəsdlə bağlı məsələni nə Ukraynada, nə də Qərbdə nəzərdən qaçırmaq olar.

 

Nəşr xatırladır ki, irimiqyaslı müharibənin əvvəlində Ukrayna rəsmilərinin fikrincə, ruslar Ukrayna prezidentini sıradan çıxarmaq üçün bir neçə dəfə cəhd ediblər və rusiyalı radikal deputatlar və “hərbi müxbirlər” müntəzəm olaraq Zelenskinin öldürülməsini tələb ediblər.

 

“Həyatı üçün təhlükə olduğuna görə, Zelenskinin xarici səfərləri maksimum məxfiliklə planlaşdırılır.

Qəzet yazır: “Bu ilin fevralında onun (Zelenskinin) Brüsselə planlaşdırılan səfəri ilə bağlı məlumat onun gözlənilən gəlişinə üç gün qalmış ortaya çıxanda, bu, Ukrayna rəsmilərini qəzəbləndirdi”.

 

Politico qeyd edir ki, Ukrayna rəsmilərinin məsələ ilə bağlı danışmaq istəməməsinə baxmayaraq, Zelenskinin ölümü ilə bağlı fəaliyyət planı mövcuddur. Keçən il ABŞ-nin dövlət katibi Entoni Blinken müsahibəsində “ukraynalıların hökumətin davamlılığı” ilə bağlı planlarının olduğunu bildirərkən bunu faktiki olaraq təsdiqləmişdi.

 

“Politico” hesab edir ki, Zelenskinin yoxluğunda Ukraynaya Ali Radanın sədri Ruslan Stefançuk, Prezident Aparatının rəhbəri Andrey Yermak, xarici işlər naziri Dmitri Kuleba və müdafiə naziri Aleksey Reznikov birgə rəhbərlik edəcək. Valeri Zalujnı ordunun baş komandanı postunda qalacaq.

Sfera.az