Aktual

“Zelenski paytaxtdan çıxıb Lvova getsəydi, bu savaşı çoxdan uduzmuşdu…” 

“Zelenski paytaxtdan çıxıb Lvova getsəydi, bu savaşı çoxdan uduzmuşdu…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Hamı bilir ki, artıq Ukraynada saxta seçki keçirilə bilməz. Özü də yalnız Zelenskinin dövründə yox, Yanukoviçdən üzü bəri bütün seçkilər demokratik şəraitdə keçirilir…” 
“Gerçəkdən bütün  çətinliklərə baxmayaraq əhalinin əhval-ruhuyyəsi çox yüksəkdir. Və  mütləq əskəriyyət öz ordusuna, dövlətinə prezidentinə inanır. Prezident Zelenski də xalqa arxalanır, xalq başqa cür düşünsə, o belə cəsarətlə danışa bilməz… Onu deyim ki, 2014-cü ildən bəri, yəni Krım ilhaq olunandan, Donbasda hadisələr başlanandan bəri biz Ukrayna xalqında o qədər fəallıq görmürdük. Ancaq bu dəfə Rusiyanın təcavüzü başlanan ilk günlərdən bu insanlar necə dəyişdilər, onlarda necə vətənpərvərlik, yüksək əhval-ruhiyyə baş qaldırdı – buna məəttəl qaldım… Hətta Rusiya hücumunun ilk ağır günlərində dövlət tərəfindən danışıqlara getmək təşəbbüsü olanda Ukrayna xalqı tələb etməyə başladı ki, Rusiyaya heç bir güzəştə getmək olmaz, işğalçılarla sonadək vuruşmaq və gedib Krımı da azad etmək gərəkdir”.Bu fikirləri Ukraynanın İvano-Frankovsk vilayətindəki Azərbaycan diasporunun rəhbəri Elşad Ələsgərovl Moderator.az-ın “Yaşadığınız vilayətdə əhalinin gerçək əhval-ruhiyyəsi necədir? Doğrudanmı deyildiyi kimi, Ukrayna xalqı sonda öz ordusunun, dövlətinin qalib gələcəyinə inanır?”  sualını cavablandırarkən ifadə edib.

“Fəqət, belə hesab edirəm ki, Ukrayna xalqının işğalçılara qarşı mübarizəyə ruhlanmasının ən böyük səbəblərindən biri məhz Prezident Zelenski oldu. Bilirsiz ki, onu müharibənin ilk günlərində Amerikadan, Avropadan bir çox dövlətə sığınmağa dəvət etdilər. O, heç biri ilə razılaşmadı və öz Vətənindən heç hara çıxmadı. Sonda Kiyev daha çox atəşə tutulan günlərdə  ABŞ, Britaniya, Polşa rəhbərləri ona, heç olmasa, iqamətgahını Lvovda qurmağı təklif etdi.  Zelenski buna da razılıq vermədi.  Məhz bu məqam xalqı daha çox ruhlandırdı. Amma sizi inandırım ki, əgər Ukrayna prezidenti hələ xarici demirəm, paytaxt Kiyevdən çıxıb Lvova getsəydi belə, o, bu savaşı çoxdan uduzmuşdu… Xalq da, ordu da Zelenskinin Putinin o qədər hədələrinə rəğmən bu cəsarətini, kişiliyini, qeyrətini gördü və onun ətrafında daha sıx birləşdi… Onu da deyim ki, biz neçə illərdir Ukraynada demokratiya deyilən şeyi yaşayırıq və görürük”- açıqlamasının davamında bunları söyləyən soydaşımız “Yəni deyirsiz, Volodimir Zelenski gerçəkdən xalqın istəyi ilə, demokratik seçkilər nəticəsində seçilib?” sualına isə belə cavab verib:

“Bəli, buna heç bir şübhəniz olmasın.  Mənim özümün seçki hüququm olmasa da, qardaşım, digər soydaşlarımız neçə illərdir ki, bütün yerli, parlament, prezident seçkilərində fəal iştirak edirlər və hamı bilir ki, artıq Ukraynada saxta seçki keçirilə bilməz. Özü də yalnız Zelenskinin dövründə yox, Yanukoviçdən üzü bəri bütün seçkilər demokratik şəraitdə keçirilir. Başqa cür də mümkün deyil; xalqın istədiyi adam mer olacaq, deputat və prezident olacaq”.
“Düzdür, 45 milyonluq böyük ölkədə müəyyən korrupsiya halları da olur, məmurlar bir-biri ilə seçkilərdə-filanda dolayı yollarla mübarizə aparmağa çalışırlar. Amma bu hallar kütləvi deyil. Kütləvi olan xalqın istəyidir. Və hazırkı Prezident Zelenski də demokratik yolla, xalqın istəyi və səsi ilə seçilib”- deyə  diaspor rəhbəri vurğulayıb.