“Mən vətəndaşlarımızdan sadəcə bir il vaxt istəyirəm. Tariximizin hər dönəmində olduğu kimi, bu çətin günlərin də öhdəsindən birlikdə gələcəyik”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələ bölgələrinə səfəri çərçivəsində Şanlıurfadakı çıxışı zamanı bildirib.
Ərdoğan qeyd edib ki, zəlzələ nəticəsində ziyan görmüş bəzi şəhərlər yenidən inşa ediləcək, bəziləri isə yenidən dirçəldiləcək.