Ermənistan ordusunun 15 hərbçisinin yanaraq ölməsinə görə daha bir zabit həbs edilib.
7Times.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, Ermənistan ordusunun “N” saylı hərbi hissənin kommunal istismar xidmətinin rəisi, hərbi hissənin yanğından mühafizə və xilasetmə işləri xidmətinin rəisi tutulub. Saxlanılan zabitin mayor rütbəsində olduğu deyilir.
Xatırladaq ki, 2023-cü il yanvarın 19-da Ermənistan ordusuna məxsus hərbi hissələrindən birində baş vermiş yanğın zamanı 15 hərbçi ölüb. Hərbçilərin ölməsindən sonra bir çox erməni zabit vəzifəsindən azad edilib, bir neçəsi həbs edilib.