“Siz biri-birinizi sevin ki, Mən də sizi sevim” (Allah-təala”)
Quran”ın 16-cı surəsi «Bal arısı» adlanır. Araşdırmalarımız göstərir ki, bu nömrələnmə təsadüfü deyildir. Belə ki, ana arı öz balasını 16 gün südlə bəslədiyindən, onun haqqında olan surə də 16 rəqəmi ilə nömrələnib.
Sözü gedən surədə arının misalında insanlara məhəbbət aşılanır: Bal – arının gülə olan məhəbbətinin nəticəsində yarandığından, həm Qərbdə, həm də Şərqdə məhəbbət rəmzi sayılır.
Məhəbbət yandırıcı hiss olduğundan, bu hiss ədəbiyyatda «yanmaq», «alovlanmaq» sözü ilə ifadə edilir.
Maraqlıdır ki, bu hikmət kimya elmində də özünü eyni rəqəmlər altında büruzə verir. Belə ki, Mendeleyev cədvəlinin 16-cı (!) elementi olan Kükürd məişətimizə yandırıcı (!) bir vasitə kimi daxil olub.
Həmçinin, məhəbbət insana yaşamaq həvəsi, enerji (ruh) verdiyi kimi, kükürdün oksidləşməsindən yaranan sulfat turşusu da (H2SO4) akkumulyator istehsalında istifadə edilməklə, məişətimizə enerji mənbəyi (!) kimi daxil olub.
Məhəbbətdə iki tərəf iştirak edir və biri olmadan o biri “yanmaz”. Maraqlıdır ki, kimya elmində də eynən belədir. Dövrü cədvəldə 16-cı element olan Kükürd, atom kütləsi 16 (!) olan Oksigensiz yanmır.
Başqa sözlə desək: “16” tək yanmır; onun həm hərfi, həm də məcazi mənada yanması üçün ikinci “16” lazımdır. İnsan cəmiyyətində “yanmanı” əks cinsdən olan tərəf müqabili təmin edir. Kimyəvi elementlərdə isə, yuxarıda qeyd etdiyimiz kimi, Kükürdü yandırmaq üçün mütləq Oksigen lazımdır (hər ikisi də 16 ədədinə bağlıdır).
“… Rəbbim hər şeyi elmlə ehtiva etmişdir. Məgər düşünüb ibrət almırsınız?” “Quran”, 6:80
Ən maraqlısı da odur ki, Kükürdlə Oksigenin birləşməsində Kükürdün energetik səviyyələr üzrə elektronları 2 – 8 – 6 formasında yerləşir. Bunu da bütöv oxuduqda görürük ki, “Quran”ın səhifələrinin sayına (286) işarədir. (“Quran” nazil olandan ta XVIII əsrə qədər harada və nə vaxt çap olunmasından asılı olmayaraq 286 səhfədə yerləşdirilib; bu barədə əvvəlki yazılarımızda izah vermişik).
Qeyd edim ki, 286 ədədinin əbcəd hesabı ilə cəmi (2 + 8 + 6) 16-ya bərabərdir ki, bu da “Quran”ın insanlara məhəbbət aşıladığını bir daha sübut edir.
Elmi-lədun araşdırmalarımız sübut edir ki, insan ana bətnində 286 (!) günə yaranır. Belə ki, genekologiya elminə aid kitablarda qeyd olunur ki, cütlüklər görüşəndən 6 gün sonra toxum ana bətninə düşür. Həmin kitabın başqa bir fəslində isə, qeyd olunur ki, toxum ana bətninə düşəndən 280 gün sonra normal uşaq dünyaya gəlir. Bunu nəzərə alıb, sadə bir hesablama aparaq:
6 gün + 280 gün = 286 gün.
Buradan aydın olur ki, insan ana bətnində “Quran”ın hər səhifəsinə bir gün hesabı ilə qalır.
“Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda dostluq, sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır!” “Quran”, 30:21.
İndi isə, 16 ədədində olan başqa hikmətlərə nəzər salaq: atom kütləsi 16 olan və yanmanı təmin edən Oksigenin sıra nömrəsini (Kükürdün məhəbbət rəmzi olan sıra nömrəsinə (16-ya) vurduqda alınan 128 ədədi «Bal arısı» surəsinin ayələrinin cəmini göstərir və kimyəvi elementlərlə “Quran”ın surələri arasında olan riyazi əlaqəni bir daha təsdiq edir:
8 x 16 = 128
(İnsan kimyəvi elementlərin birləşməsindən ibarətdir.)
Diqqətinizi bal arısında olan digər xüsusiyyətin insanlarda özünü göstərməsinə cəlb etmək istə-yirəm. Yuxarıda qeyd etdim ki, bal arısı gözəllik rəmzi olan gülə məhəbbət bəsləyir və ancaq onlarla təmasda olur. Xatırladım ki, təbiətin gözəlliyi gül-çiçək olduğu kimi, cəmiyyətin də gözəlliyi qadınlardır. Arının gülə olan məhəbbətinin nəticəsində bal yarandığı kimi, insanın da (kişinin) qadına olan məhəbbətinin nəticəsində bal(a) yaranır və hər ikisi şirindir. Çünki ikisi də məhəbbətdən yaranr. «Bala baldan şirindir» məsəli də məhz bu hikmətdən qaynaqlanır.
Allah bal arısını həm də ailə, dövlət və ordu qurmaq üçün insanlara nümunə yaratmışdır. Çünki, bal arısı ailəsi öz zəhmətkeşliyi, çalışqanlığı, ciddi nizam-intizamı, təmizkarlığı və faydalılığı ilə bütün canlılardan üstündür. Məhz buna görə də Allahın məhəbbətini qazanaraq adına surə nazil olmuşdur. Buradan aydın olur ki, həmin keyfiyyətləri özündə cəmləşdirən istənilən insan həm cəmiyyətin, həm də Allahın məhəbbətini qazana bilər.
Yeri gəlmişkən qeyd edim ki, Allahın məhəbbətini qazanmağın yollarından biri də elmdir. Bu yolda çalışan insan (tələbə) hər kitabdan bir qədər elm (şirə) toplayır və nəticədə onun da əməyi “bal”la qiymətləndirilir.
Bal arısı haqda əlavə olaraq bir maraqlı məqamı da qeyd edim ki, erkək arı 16 tək xromosoma, dişi arı isə, 16 cüt xromosoma malikdir.
Onu da nəzərinizə çatdırım ki, Rəbbim elmi (və imanı) çox olan bəndəsini digərlərindən daha çox sevir. Bunu Loğman Peyğəmbərin simasında aydın görmək olur. Belə ki, Allah-təala kitab verdiyi bir çox peyğəmbərlərin adına “Quran”da surə göndərməsə də, ancaq təbabət elmi bəxş etdiyi bəndəsi Loğmanın (Salam olsun!) adına 31-ci surəni göndərdi. Bu fakt Rəbbimin elm adamlarına olan məhəbbətinin təzahürüdür.
Bu və digər hesablamalarımız sübut edir ki, “Quran” böyük bir elm mənbəyi olmaqla, bütün dünyəvi elmlər (kimya, biologiya, astronomiya, anatomiya, kibernetika və informatika, riyaziyyat, təbabət, daktiloskopiyya və s) öz mənbəyini bu səmavi kitabdan götürür.
Elm iki cür olur
Yeri gəlmişkən, qeyd edim ki, elm zahiri və batini olmaqla, iki qurupa bölünür. Zahiri elmlər məktəbdə müəllimdən və kitabdan öyrənildiyi halda, batini elm əksinə, müəllimdən öyrənilməz. Buna elmi-lədun deyilir.
Lədun sözü ərəbcə “dərin qat” mənasını verməklə, elmin dərin qatlarına işarədir. Bu, tək zəhmətlə (oxumaqla) əldə edilə bilməyən, həm də qəlbə gələn duyumla (hissiyyatla) qazanılan bilgidir. Vaxtilə peyğəmbərlər və bəzi Allah dostları bu cür elmə malik olublar və sirlər üzərindən pərdələri də məhz bu elmlə qaldırıblar (bu yazıda olduğu kimi).
Deyleminin rəvayət etdiyi bir hədisi-şərifdə: “Elmi-lədun Allah-təalanın sirlərindən bir sirdir. Onun hökmlərindən bir hökmdür. Dilədiyi qulunun qəlbinə salar” – deyə buyurulmuşdur.
“Sülükül-Uləma” adlı əsərdə keçən bir hədisi şərifdə: “Elmlərdən elələri vardır ki, onları ancaq mərifətullaha sahib olanlar bilirlər. Onlar bu elmlərdən xəbər verdikləri zaman mərifətullaha sahib olmayanlardan başqası onları inkar etməz” buyrulmuşdur.
Bu elm barədə Hadimi həzrətləri: “Mərifətullah bilgiləri kəşflə və ilhamla hasil olur. Müəllimdən öyrənilməz” demişdir.
Elmi-ladun barəsində Quranın bir ayəsində belə buyrulur:
«Şübhəsiz ki, Yaqub onu (vəhylə) öyrətdiyimiz üçün bir elm sahibi idi. Lakin, insanların ək-səriyyəti bunu (Allahın sevib-seçdiyi zatlara vəhy, ilham yolu ilə elm öyrətməsini) bilməz!» “Quran”, 12:68
Qeyd edim ki, oxuduğunuz bu yazı da bir elmi-lədun nümunəsidir.
Dr. Paşa Yaqub – elmi-lədun bilicisi
Follow @7timesaz